ABŞ-ın xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış üçün) xam neft ehtiyatlarının ötən həftə 1,1 milyon barrel (0,3 faiz) artaraq 417,12 milyon barrelə yüksəldiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,49 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 6,9 milyon barrel azalma qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə ötən həftə dəyişiklik göstərməyib və 644,8 milyon barreldə qalıb.

ABŞ-ın benzin ehtiyatları ötən həftə 0,8 milyon barel (0,3 faiz) artımla 229,7 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,9 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,7 milyon barel azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 326 min barel artımla 7,05 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 120 min barrel azalma ilə 3,17 milyon barrelə enib.

 

Neft hasilatı

Bu dövrdə ölkədə xam neft istehsalı dəyişiklik göstərməyib.  7-13 Sentyabr həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,4 milyon barrel səviyyəsində baş tutub.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç