ABŞ-ın xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın xam neft ehtiyatları artıb

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 7,1 milyon barel (1,6 faiz) artımla 452,9 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 8,6 milyon barrel azalma qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barrel səviyyəsində sabit qalıb.

Sözü gedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 4,2 milyon barrel (1,7 faiz) azalma ilə 250,7 milyon barrelə enib. Bazar gözləntisi ehtiyatların 2,1 milyon barrel azalması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1,9 milyon azalmışdı.

 

NEFT HASİLATI AZALIB

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,08 milyon barel artımla 7 milyon barelə qalxıb, neft ixracı isə gündəlik orta hesabla 556 min barrel azalma ilə 2,8 milyon barrelə enib.

ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 5 min barel azalıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 5 min barrel azalıb, digər əyalətlərdə isə dəyişməyib.

Beləliklə, 23 Fevral -1 Mart həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik orta hesabla 12,1 milyon barrel səviyyəsində olub. Neft hasilatı son 60 həftədə 14-üncü dəfə azalıb.

EIA-nın  "Fevral 2018" Hesabatına  görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağı ehtimal edilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et