ABŞ-ın neft hasilatında yeni rekord | Banco.az

ABŞ-ın neft hasilatında yeni rekord

ABŞ-ın xam neft hasilatı gündəlik orta hesabla 12 milyon barrellə yeni bir rekord qırıb.

ABŞ-ın xam neft istehsalında keçən həftə gündəlik orta hesabla 12 milyon barrellə yeni bir rekord qırılıb.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft istehsalı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 89 min barel artıb.

Gündəlik orta hesabla xam neft hasilatı Alyaska ştatında 11 min barrel aşağı düşüb, digər ştatlarda isə 100 min barel yüksəlib. Bu nəticə ilə, ölkənin xam neft istehsalında son 58 həftədə 44 dəfə artım görülüb.

Beləliklə, 9-15 Fevral həftəsində dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da 12 milyon barrellə gündəlik istehsalda yeni bir rekord qırılmışdır.

Ölkədə gündəlik orta hesabla xam neft istehsalı 3-9 Noyabr həftəsində 11,7 milyon barrelə, 5-11 Yanvar həftəsində də 11,9 milyon barrelə çıxmışdı.

Ən sərfəli kredit üçün müraciət et

EIA-nın "Fevral 2018" hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağı ehtimal edilir.

XAM NEFT EHTİYATLARI ARTIB

Həmçinin EIA, ABŞ-dakı kommersiya məqsədli xam neft ehtiyatlarının ötən həftə 3,7 milyon barel (0,8 faiz) artımla 454,5 milyon barelə çatdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 3,1 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 3,6 milyon barrel artmışdı.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 649,1 milyon barreldə sabit qalıb.

ABŞ-ın benzin ehtiyatları isə ötən həftə 1,5 milyon barrel (0,6 faiz) azalaraq 256,8 milyon barelə düşüb. Bazar gözləntisi 350 min barrel azalma olması istiqamətində idi. Ölkədə benzin ehtiyatları əvvəlki həftə 408 min barel azalmışdı.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et