ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib | Banco.az

ABŞ-ın 2018-ci il üçün dövlət büdcəsi təsdiqlənib

ABŞ Senatı 2018-ci maliyyə ili üçün dövlət büdcəsinin layihəsini təsdiq edib. ABŞ Kongresinin rəsmi saytına istinadən xəbər verilir ki, 2018-ci il üçün büdcə xərcləri 3,165 trln. dollar, gəlirlər 2,67 trln. dollar, büdcə kəsiri isə 495 mlrd. dollar həcmində nəzərdə tutulub.

Bununla yanaşı, yaxın 10 il üçün ABŞ büdcəsinin önəmli parametrləri üzrə proqnozlar açıqlanıb. Belə ki, 2027-ci ilə qədər ABŞ-da büdcə kəsirinin aradan qaldırılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, 2018-ci il üçün ABŞ-ın borclanma limiti 21,06 trln. dollara yüksəldilib. Borc limitinin 2027-ci ilə qədər tədricən artması və 23,48 trln. dollara çatması gözlənilir.

Qeyd olunur ki, 10 il ərzində ABŞ dövlət büdcəsinin 20% artaraq 3,8 trln. dollara çatdırılması planlaşdırılır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et