ABŞ ilə Çin arasında ticarət müharibəsinin fəsadları açıqlanıb | Banco.az

ABŞ ilə Çin arasında ticarət müharibəsinin fəsadları açıqlanıb

ABŞ ilə Çin arasında ticarət müharibəsinin yaratdığı qeyri-müəyyənlik nəticəsində dünya iqtisadiyyatının gələn ilin əvvəlindəki zərəri 850 milyard dollara çata bilər.

ABŞ Federal Ehtiyat Sistemi (FRS) ekspertlərinin araşdırmasına görə, ticarətdəki qeyri-müəyyənlik “70-ci illərdən etibarən görünməmiş dərəcə”yə çatıb.

Bunun nəticəsində iqtisadi fəallığın da azalacağı, müəssisələrin sərmayələrin həcmini və istehsalı azaltdığı qeyd olunur. 

Ekspertlərin qənaətincə, ticarət müharibəsinin dünya miqyasındakı fəsadları ÜDM-in 1 faizi qədər, yəni 850 milyard dollar səviyyəsində olacaq (ABŞ-ın hazırkı ÜDM-si 20 trilyon, dünyanın məcmu ÜDM-si isə 85 trilyon dollar məbləğində qiymətləndirilir).

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ hökuməti bu aydan etibarən 300 milyard dollarlıq Çin mallarına rüsumları 15 faiz qaldırıb, oktyabrın 1-dən isə 250 milyard dollarlıq başqa mallara isə rüsumlar 30 faiz olacaq. Cavab olaraq Çin hökuməti də 75 milyard dollarlıq ABŞ mallarına 10 faizlik rüsum tətbiq edib, dekabrın 15-dən isə rüsumlar daha 5 faiz artırmaqla ABŞ avtomobillərinə və hissələrinə rüsumlar müvafiq olaraq 25 faiz və 5 faiz artırılacaq. Oktyabr ayında Vaşinqtonda tərəflər arasında yeni danışıqlar nəzərdə tutulur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et