ABŞ hökumətindən Bitcoin ilə bağlı qeyri-adi qərar | Banco.az

ABŞ hökumətindən Bitcoin ilə bağlı qeyri-adi qərar

ABŞ hökuməti Utahda tutulan kiber cinayətkardan ələ keçirilən 513 ədəd Bitcoin və 512 ədəd Bitcoin Cash-in hərracda satılacağını bildirib.

Aron Mişel Şamo adlı şəxsin mənimsədiyi bir çox məhsul haqda yerli hökumət belə qərar verib. Bir ədəd “Ford F-350” pikap, bir ədəd “BMW 135i” və milyonlarla dollar dəyərində Bitcoin və Bitcoin Cash yeni sahiblərinə təqdim olunacaq.

Aron Mişel Şamo, Dreu Vilson Krandal, Mario Antonyo Nobl və Sin Mişel Qayqinin 31 may 2017-ci ildə FTB tərəfindən tutulmasından sonra həmin şəxslərin Bitcoin və Bitcoin Cash-ə sahib olduqları “United States Marshals Service”-in müşahidəsi altına buraxılmışdı.

“Saxlamaq çoxlu xərc edir, hərracda satılsın”

Utah bölgə hakimi Deyl A. Kimball tərəfindən nümayiş olunan rəsmi məhkəmə hesabatına görə, ələ keçirilən kriptovalyutaların uzun bir müddət etibarlı şəkildə saxlamağın son dərəcə səmərəli olduğu və “USMS”-in yalnız saxlama xərcləri üçün ayda 465 dollar ödədiyi ifadə edilib.

Bitcoin və Bitcoin Cash-in yüksək qeyri-sabitlik dərəcəsindən narahat olan ABŞ hökuməti bu kriptovalyutaları dəyər itirmədən əvvəl satmağı təklif edib.

Məhkəmə hesabatında aşağıdakı ifadələr yer alıb:

“Ələ keçirilmiş vasitələr “USMS”-in nəzarəti altında saxlanılır. Hər ay 465 dollar saxlama xərci ödənilən bu vasitələrin ümumi dəyəri 5010 dollardır. Həmin vasitələr bir hökumət cüzdanına köçürüldü və kriptovalyuta vahidlərinin uçucu bazarı səbəbiylə bu müddətdə dəyər itirmə riski daşıyır.

ABŞ hökuməti erkən satışdan 2.31 milyard dollar itirdi

Oktyabr ayında ABŞ hökumətinin 144336 Bitcoin-i 48.5 milyon dollara satdığı açıqlanıb. Bu qiymət hər Bitcoin-ə görə 336 dollara bərabərdir. O vaxtlar ABŞ hökuməti Bitcoin-in qiymətinin qeyri-adi qərarları ilə düşəcəyini fərz edərək əllərində olan Bitcoin-ləri satmağın ən doğru fikir olduğu qərarına gəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda isə 144336 Bitcoin təxminən 2.36 milyard dollara bərabərdir.

Gələcək həftələrdə ABŞ hökumətinin 513 Bitcoin-i və 512 Bitcoin Cash-i 8.5 milyon dollara satacağı gözlənilir.

Bunlarda maraqlı ola bilər: 

Ripple-ın rəhbəri dünyanın ən varlı adamı oldu

Koin və token arasındakı fərq: Ən sadə yolla izah

Altcoinlər barədə suallara cavab

Bitcoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində - http://banco.az/…/news-cat/kriptovalyuta

Mənbə: kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et