ABŞ-dan kriptovalyuta investorlarına XƏBƏRDARLIQ | Banco.az

ABŞ-dan kriptovalyuta investorlarına XƏBƏRDARLIQ

ABŞ-ın kapital bazarının tənzimləyici qurumu olan "The U.S. Securities and Exchange Commision" (SEC) investorlara "Bitcoin" və bu kimi virtual valyutalarla bağlı ehtiyatlı olmağı tövsiyə edib. 

"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, SEC-in xəbərdarlığına əsasən, əyalət və federal tənzimləyiciləri qanunsuz maliyyə bazarları iştirakçıları səbəbindən yarana biləcək zərəri təmin edə bilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

SEC rəhbəri Cey Kleyton (Jay Clayton) verdiyi açıqlamada qeyd edib ki, əksər virtual valyutaların emissiyası və digər rəqəmsal valyutalara investisiya, qiymətli kağızlarla bağlı federal və əyalət qanunlarına uyğun gəlmir. Tənzimləyicilər sürətlə artan kriptovalyuta bazarına nəzarət etmək istəsə də, investorları ehtiyatlı olmağa çağırıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et