ABŞ-da neft istehsalı rekord səviyyədə | Banco.az

ABŞ-da neft istehsalı rekord səviyyədə

ABŞ-ın kommersiya xam neft ehtiyatları, keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,7 milyon barel azalıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının keçən həftə 2,7 milyon barel azalaraq 437,1 milyon barelə gerilədiyini açıqlayıb. Bazar proqnozu, ehtiyatların 1,3 milyon barel azalacağı istiqamətində idi.

ABŞ-ın benzin ehtiyatları, keçən həftə 7,5 milyon barel artaraq 255,6 milyon barelə yüksəlib. Bir əvvəlki həftə isə benzin ehtiyatlarındakı artım miqdarı 8,1 milyon barel təşkil etmişdi.

Kommersiya xam neft  ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə keçən həftə bir əvvəlki həftə ilə müqayisədə dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

Ən sərfəli kredit üçün müraciət et

 

NEFT İSTEHSALI ARTIB

ABŞ-ın xam neft istehsalı, keçən həftə gündəlik ortalama 200 min barel artıb. Beləcə, 5 Yanvar -11 Yanvar həftəsində ABŞ-ın xam neft istehsalı gündəlik ortalama 11,9 milyon barellə yeni rekord səviyyəyə qalxıb. Neft hasilatı son 53 həftədə 42-inci dəfə artıb.

EIA-nın Dekabr hesabatına görə, ölkənin gündəlik ortalama xam neft istehsalının bu il 12,1 milyon barel olacağı təxmin edilir.

ABŞ-da artan istehsalla əlaqədar olaraq neft qiymətləri düşüb.

ABŞ-da xam neft istehsalının rekord səviyyəyə qalxması OPEC+ koalisiyasının hasilatı azaltması planını puç edir.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et