ABŞ-da işləmək üçün viza şərtləri asanlaşır - YENİLİK | Banco.az

ABŞ-da işləmək üçün viza şərtləri asanlaşır - YENİLİK

ABŞ - ın ölkə başçısı Donald Trump ölkədə yaşayıb işləmək istəyənlər üçün geniş imkanlar yaradılacağını bildirib.

ABŞ prezidenti Donald Trump müvəqqəti iş vizası olan “H1B”ə ABŞ – da yaşamaq istəyənlər üçün vətəndaşlığa aparacaq dəyişikliklər etməyə hazırlaşdığını bildirib.

Bu barədə sosial şəbəkədə məlumat paylaşan ölkə başçısı “H1B” vizası ilə ABŞ – da işləyənlər əmin ola bilərlər ki, bu andan etibarən onların vətəndaşlıq almasını asanlaşdıracaq qaydalar tətbiq edəcəyik. Məqsədimiz isə bacarıqlı və işgüzar insanların ölkədə yaşayışını təmin etməkdir”, - deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən viza əsasən texnologiya, federal qurumlar və universitet tələbələrinin ölkədə işləməsini təmin edir.

Kommersant.az

Ən sərfəli krediti almaq üçün müraciət et