ABŞ-da işçilərin maaşlarından tutulan verginin azaldılması müzakirə olunur | Banco.az

ABŞ-da işçilərin maaşlarından tutulan verginin azaldılması müzakirə olunur

Hazırda ABŞ-da milyonlarla işçi yaşlılar üçün "Medicare" səhiyyə sığortası proqlarmını və təqaüdçülər üçün gəlir ödəmələrini təmin edən sosial təhlükəsizliyi maliyələşdirmək üçün maaşlarından vergi ödəyir.

"Vaşinqton Post" qəzetinin yazdığına görə, maaşlardan tutulan həmin vergilərin azaldılması gündəliyə gətirilib və Ağ Evdə iqtisadiyyatın "yavaşlaması ehtimalına" qarşı maaşlardan tutulan verginin müvəqqəti azaldılması məsələsi müzakirə olunur.

Ağ Evin iqtisadiyyat üzrə məsləhətçisi Larri Kudlov ABŞ iqtisadiyyatı üçün üfüqdə bir azalma görünmədiyini əsas gətirərək deyib: "İstehlakçılar işləyirlər, onların maaşları artır, artan maaşlar isə xərclənir".

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Trampın ticarət üzrə məsləhətçisi Peter Navarro isə ABŞ iqtisadiyyatındakı müsbət dinamikanın sərmayəçiləri öz kapitallarını bu ölkəyə gətirməyə cəsarətləndirdiyini bildirərək deyib: "Biz dünyada ən güclü iqtisadiyyata sahibik".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et