ABŞ-da inflyasiya Yanvardan bəri ən aşağı səviyyədə artıb | Banco.az

ABŞ-da inflyasiya Yanvardan bəri ən aşağı səviyyədə artıb

ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Mayda aylıq müqayisədə 0.1% artıb, bu Yanvar ayından bəri ən aşağı artımdır. İllik artım 2%-dən 1.8%-ə geriləyib.

Proqnozlar aylıq 0.1%, illik 1.9% artım idi. 

Baza inflyasiya May ayında proqnozdan aşağı qalıb. Baza rəqəm aylıq 0.2% gözlənilərkən 0.1%, illik 2.1% gözlənilərkən 2% artıb. İllik artım Fed-in inflyasiya hədəfinə paralel reallaşıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da dünən açıqlanan istehsalçı qiymətləri indeksi isə aylıq müqayisədə 0.1% artmış, illik artım  2.2%-dən  1.8%-ə geriləmişdi. 

İnflyasiyada mülayim gedişat, Fed-in bu il faiz endirəcəyi proqnozlarını gücləndirir. Fed rəsmiləri 18 - 19 İyunda toplanacaq, ancaq bu yığıncaqda faizlərdə dəyişiklik gözlənilmir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et