ABŞ-da aktiv neft quyularının sayı gözlənilmədən azalıb | Banco.az

ABŞ-da aktiv neft quyularının sayı gözlənilmədən azalıb

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı yanvarın 7-dan 13-dək 6 ədəd və ya 0,9% azalaraq 659-a çatıb.

Hesabat həftəsində aktiv neft quyularının sayı 7 ədəd və yaxud 1,32% azalaraq 522 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,74% artaraq 136 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 7 ədəd və yaxud 1,35%, qaz quyularının sayı isə 1 ədəd və yaxud 0,74%, ümumilikdə isə neft-qaz quyularının sayı 9 ədəd və yaxud 1,38% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 65,2% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 67,6% aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət etməsi gözlənilir. Belə olduğu təqdirdə, ABŞ-da aktiv neft quyularının sayında ciddi artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq. Qeyd edək ki, son hesabat həftəsində ABŞ-da aktiv neft-qaz quyularının sayının azalmasının texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

©Report.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et