ABŞ-da aktiv neft qazma qurğularının sayı azalıb | Banco.az

ABŞ-da aktiv neft qazma qurğularının sayı azalıb

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən aktiv neft qazma qurğularının sayı bu həftə 4 ədəd azalıb. 

Neft sahəsinə xidməti şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, ABŞ-dakı neft qazma qurğularının sayı 6-12 İyul həftəsində bir əvvəlki həftə ilə müqayisədə 4 azalaraq 784-ə düşüb.

Cümə günü Brent neftin barrel qiyməti 67 dollardan, ABŞ xam neftinin (WTI) qiyməti isə 60,41 dollardan bağlanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. Qazma qurğularınım sayının azalması qazılan neft quyularının sayının artması deməkdir.  

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et