ABŞ-da 1,6 trilyon dollarlıq tələbə borclarının ləğvi təklif edilir | Banco.az

ABŞ-da 1,6 trilyon dollarlıq tələbə borclarının ləğvi təklif edilir

ABŞ-da Vermont senatoru və Demokratların 2020-ci ildə keçiriləcək prezident seçkisinə namizədlərindən Bernie Sanders, ABŞ-dakı cəmi 1,6 trilyon dollarlıq tələbə borclarının ləğv edilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Sanders, Senata təqdim etdiyi sözügedən qanun təklifinə dair "Twitter"dən açıqlama verib.

Senator Sanders açıqlamasında, ABŞ-dakı 45 milyon bakalavr və magistratura tələbəsinin ümumilikdə 1,6 trilyon dollarlıq borcunun ləğv edilməsi lazım olduğunu vurğulayıb. Bu rəqəmin "Wall Street"də aparılan maliyyə əməliyyatlardan əldə ediləcək vəsaitdən qarşılanması lazım olduğunu bildirən Sanders, "Bu qanun təklifi, tələbələrin ali təhsil almaq kimi doğru olan bir şeyi etdiyi üçün ömür boyu borc ödəməyə məhkum edilmə axmaqlığını ortadan qaldırır", - deyib.
 

Ən sərfəli kredit üçün müraciət et

BORCLAR ƏDALƏTLİ VERİLMİR

Sanders, tələbələrə təhsil üçün verilən borcların ədalətli bir şəkildə verilmədiyinə diqqəti çəkərək, qara və Latın Amerikası əsilli tələbələrə haqsızlıq edildiyini bildirib.

Orta gəlirli qara amerikalı tələbələrin buraxılışdan 12 il sonra belə ağ tələbələr ilə müqayisədə daha çox borclu olduğunu qeyd edən Sanders, "Bu borcların ləğv edilməsi eyni zamanda irqi və iqtisadi ədaləti də təmin edəcəkdir", - ifadəsini istifadə etdi.

Somali əsilli Müsəlman Konqresmen İlhan Omar və ABŞ Konqresinin ən gənc üzvü Nyu-York Nümayəndəsi Alexandria Ocasio-Cortez də sözügedən qanun təklifinə dəstək verdiyini açıqlayıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et