ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb | Banco.az

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir.

Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq.

Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq - 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et