ABŞ-a gələn turistlərin sayı azalır | Banco.az

ABŞ-a gələn turistlərin sayı azalır

ABŞ-la Çin arasında davam edən vergi gərginliyi özünü turizm sahəsində də göstərməyə başlayıb. ABŞ-ın Milli Səyahət və Turizm Bürosunun yaydığı məlumatına əsasən, 2018-ci ildə Çindən ABŞ-a gələn turist səfərlərində 5,7 faiz azalma olub. 2016-cı və 2017-ci illərdə Çindən ABŞ-a 3 milyondan artıq turist gəldiyi halda, 2018-ci ildə bu rəqəm 2 milyon 900 minə düşüb. Mütəxəssislər 2003-cü ildən bəri Çindən ABŞ-a səyahətlərdə hər il artım olduğunu qeyd edirlər. Onların rəyinə əsasən, 2018-ci ildə artım tendensiyasının geriləməsində iki ölkə arasında davam edən əlavə gömrük vergiləri ilə bağlı çəkişmələrin ciddi təsiri olub.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ hazırda 200 milyard dollar dəyərində Çin mallarına 25 faizlik, Çin isə ABŞ-dan idxal olunan 60 milyard dollarlıq mala eyni şəkildə gömrük vergisi tətbiq edir. ABŞ Səyahət Birliyi Araşdırma rəhbərinin müavini Deyvid Huter turizm sahəsində geriləmənin səbəblərindən birinin də Çin iqtisadiyyatındakı durğunluq olduğunu qeyd edib.

Vergiler.az

    Ən sərfəli krediti almaq üçün müraciət et