Abbas İbrahimov: “Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil” | Banco.az

Abbas İbrahimov: “Dividend ödənişi özəlləşdirmə ilə bağlı deyil”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) uzun fasilədən sonra bu il səhmdarlarına dividend ödəmək istəyi Bankın səhmlərinin bahalaşdırılması və özəlləşdirilməsi ilə bağlı deyil”.

Bunu açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

“Dividend ödənişi hər bir sağlam, mənfəəti olan bankda adi haldır”, - deyə o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, sədr dividend ödənişinin nə qədər olacağını açıqlamayıb: "Buna səhmdarlar qərar verəcəklər".

A.İbrahimov həmçinin əlavə edib ki, Bankın sağlamlaşdırılması ilə bağlı işlər artıq başa çatıb.

Xatırladaq ki, oktyabrın 11-də ABB-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et