ABB yenidən MDB-nin bank bazarının liderlərindən biridir | Banco.az

ABB yenidən MDB-nin bank bazarının liderlərindən biridir

"Azərbaycan Beynəlxalq Bankı" ASC "RİA Reytinq" agentliyinin ekspertləri tərəfindən hazırlanmış "MDB bank bazarının liderləri" reytinqində yenidən yüksək pillədə qərarlaşıb.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı" MDB-nin ən iri bankları sırasında (2014-cü ilin əvvəlinə olan məlumata əsasən) 31-ci pillədə yer alıb. 2013-cü ildə ABB reytinqin 34-cü pilləsində qərarlaşmışdı. Məlumat üçün qeyd edək ki, reytinqə MDB-nin bank bazarının ən böyük qurumları yer alıb. Reytinqə daxil edilən qurumların sayı 200-ə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

"RİA Reytinq" agentliyindən verilən məlumatda qeyd olunur ki, 2014-cü ilin 1 yanvar tarixi üzrə ABB-nin aktivləri 9.79 mlrd. dollar (ölkənin bank sistemində bankın aktivlərinin payı 37.7%-ə bərabərdir) təşkil edir. Bu rəqəm 2013-cü ilin analoji göstəricisi ilə müqayisədə, 24.5% çoxdur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et