ABB yeni əməkdaşlıq memorandumu imzalayıb | Banco.az

ABB yeni əməkdaşlıq memorandumu imzalayıb

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rusiya “Sberbank”ı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənədi Rusiya “Sberbank”ının prezidenti və İdarə Heyətinin sədri German Qref və ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev imzalayıblar.

Memorandumda tərəflərin investisiya layihələrinin birgə maliyyələşdirilməsi; Rusiya, Azərbaycan, eləcə də tərəflərin törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi üçüncü ölkələrdə ticarət maliyyələşməsinin təşkili; maliyyə bazarlarında əməkdaşlıq kimi istiqamətlər yer alır .

Ən sərfəli kredit üçün müraciət et

“Sberbank” ASC Rusiyanın ən iri banklarından və ən aparıcı qlobal maliyyə institutlarından biridir. Rusiyanın bank sektorunun bütün aktivlərinin təxminən üçdə biri “Sberbank” ASC-nin payına düşür.

Ən sərfəli krediti almaq üçün müraciət et