ABB-yə borc müqabilində girov qoyulmuş daha üç müəssisə satışa çıxarılıb | Banco.az

ABB-yə borc müqabilində girov qoyulmuş daha üç müəssisə satışa çıxarılıb

"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) idarəetməyə verdiyi problemli aktivlərin satışı davam edir.

“Report” “Aqrarkredit”ə istinadən xəbər verir ki, daha 3 müəssisə satışa çıxarılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Bakı Fındıq Emalı” zavodu, Binəqədi şosesindəki “BOT” ayaqqabı fabriki və Zaqatala rayonundakı “Stimul” ticarət və xidmət müəssisəsidir. Bununla da, ABB-yə borc müqabilində girov qoyulmuş və satışa çıxarılmış müəssisələrin sayı 8-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl Mingəçevir şəhərində və Şəki rayonunun Daşüz kəndindəki tikinti materialları istehsal edən müəssisələr, Tbilisinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsi, Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi, eləcə də Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsi potensial investorlara təklif olunub.

Ən sərfəli krediti almaq üçün müraciət et