ABB bank sektorunda rəqabət mühitini pozur | Banco.az

ABB bank sektorunda rəqabət mühitini pozur

Azərbaycan Beynəlxalq Bakı Bank sektorunda rəqabət mühitini pozur – bunu Banco.az portalına açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib.  

Ekspert bildirib ki, Beynəlxalq Bank Azərbaycanın bank sektorunda bir tərəfdən rəqabət mühitini pozur, çünki  dövlət bankıdır və əsas maliyyə resursları Beynəlxalq Banka yönəlir. Məsələn, Mərkəzi Bank SOCAR-a pul ayırırsa, bu pul Beynəlxalq Bank vasitəsi ilə həyata keçirilirdi.

 O, həmçinin qeyd edib ki, dövlətin bütün əsas vəsaitləri Beynəlxalq Bank və qismən də Kapital Bank vasitəsi ilə reallaşdırılır. Digər banklar kənarda qalır və bu da rəqabət mühitini pozur:

Biz həmişə deyirik ki, mərkəzləşdirilmiş kreditlərin həcmi artırılmalıdır, halbuki  onun həcmi təxminən 3,2 milyard manatdan çoxdur. Belə baxanda bu məbləğ heç də az vəsait deyil. Kredit portfelinin təxminən 20%-nə yaxındır.

Ən sərfəli kredit üçün müraciət et

Amma Mərkəzi Bank uçot dərəcəsini dəyişəndə bu, kredit bazarında hiss olunmur.” – Ekspert bildirib.  

O, əlavə edib ki, uçot dərəcəsi ilə kreditlərin faiz dərəcələri arasında əlaqə minimum səviyyədədir. Çünki mərkəzləşdirlmiş kreditlər əsasən bir neçə banka, o cümlədən Beynəlxalq Banka gedir.

Qeyd edək ki, Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir. Beynəlxalq praktikada Uçot  dərəcəsi yenidən maliyyələşdirmə dərəcəsi kimi tanınır.

Hal-hazırda Mərkəzi Bankın  yenidən maliyyələşdirmə dərəcəsi 3,5%-dir. 

Ən sərfəli krediti almaq üçün müraciət et