ABA Çinin banklarını qonaq qəbul edib | Banco.az

ABA Çinin banklarını qonaq qəbul edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, ABA-nın icra aparatının rəhbəri Yunus Abdulov, “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq üzrə” Ekspert Qrupunun sədri Zakir Kazımov aktivlərinin həcminə görə dünyanın ən böyük bankı olan Çin Sənaye və Kommersiya Bankının (Industrial and Commercial Bank of China - ICBC) nümayəndə heyəti ilə görüşüb.

Məlumatda deyilir ki, görüşdə qonaqlara ölkə iqtisadiyyatı, hazırda aparılan geniş islahatlar, investisiya imkanları və Azərbaycan bank sektoru barədə məlumat verilib, həmçinin ABA-nın bank-maliyyə sahəsindəki fəaliyyəti, müvafiq dövlət orqanları və öz üzvləri ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın nümayəndələri ICBC-nin beynəlxalq və regional işləri, əlaqədar strateji hədəfləri, region ölkələri və xüsusilə də ölkəmizlə əlaqədar biznes maraqları barədə fikirləri ilə bölüşüb və Azərbaycan bank sektoru ilə bağlı maraqlarını ifadə ediblər.

Həmçinin görüşdə ABA ilə ICBC arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 1984-cü ildə əsası qoyulan ICBC-nin aktivləri hazırda 3.47 trln. ABŞ dolları təşkil edir. 

Ən sərfəli krediti almaq üçün müraciət et