996 min nəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub | Banco.az

996 min nəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2016-cı ilin yanvar-dekabr ayları ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 min 632 müqavilə qeydiyyata alınıb.

 

İSB-dən "Banco.az"a verilən məlumata görə, bunların 130 min 655-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 79,8 mln. manat təşkil edib.
 

Ən sərfəli kredit üçün müraciət et

2015-ci il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3,3%, sığorta haqlarının məbləğində isə 4,4% artım müşahidə edilib.
 

2016-cı ildə Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələri üzrə orta sığorta haqqı 88 manat təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et