9 şirkətdə artım, 19 şirkətdə azalma baş verib - SIĞORTA BAZARI | Banco.az

9 şirkətdə artım, 19 şirkətdə azalma baş verib - SIĞORTA BAZARI

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 28 sığorta şirkətinin 9-da sığorta haqlarının artımı, 19-da isə azalması baş verib. Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) keçirilən mətbuat konfransında ASA-nın sədri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, ümumilikdə 28 sığorta şirkətinin 7-də sığorta haqlarının həcmi 10 milyon manatdan artıq, 4 şirkətdə 5-10 milyon manat arasında, 11 şirkətdə 1-5 milyon manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et