9 ay ərzində Azərbaycanın valyuta ehtiyatları 8% artıb | Banco.az

9 ay ərzində Azərbaycanın valyuta ehtiyatları 8% artıb

30 sentyabr 2018-ci il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları  44 mlrd. 522,2 mln. dollar və ya 2018-ci ilin yekunları üzrə ÜDM-in 92,3% səviyyəsində təşkil edir. Bu barədə Hesablama Palatasının məlumatında qeyd olunur.

Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları  41 mlrd. 187,5 mln. dollar təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta ehtiyatları 8,1% artıb.

“Sentyabrın sonuna Azərbaycanın valyuta ehtiyatları  44 mlrd. 522,2 mln. dollar təşkil edib. Buna ARDNF-nin  38 mlrd. 987,7 mln. dollar məbləğində aktivləri və AMB-nin  5 mlrd. 534,5 mln. dollar məbləğində ehtiyatları daxildir. Ümumilikdə, ölkənin valyuta ehtiyatları ÜDM-in 92,3%-nə ekvivalentdir (2018-ci ilin yekunları üzrə nominal ÜDM-in  48,2 mlrd. dolar səviyyəsində proqnozlaşdırılır )”, - Hesablama Palatasının materiallarında bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan 27 ay ərzində malların və xidmətlərin idxalının ödənişi üçün kifayət qədər strateji valyuta ehtiyatlarına malikdir. 

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et