80 min mağaza kriptovalyuta qəbul edəcək | Banco.az

80 min mağaza kriptovalyuta qəbul edəcək

Avropalılar üçün yeni bir fürsət yaranıb. Litvanın paytaxtı Vilnüsdə yerləşən “Coingate” adlı platforma Parisdə yerləşən “Prestashop” ilə birlikdə “açıq mənbəli elektron ticarət üsulu” təklif edir.

Kriptovalyutaların qəbul edilməsi “Coingate”-in ilk hədəfidir

“Coingate”-in CEO-su Dmitrius Borisenka “Bu texnologiyanı dəstəkləyən məlumatlı erkən investorlar arasında kriptovalyutaların qəbul edilməsi bizim prioritetlərimizdən biridir. “Prestashop” yalnız yenilikçi və məşhur ödəniş metodu deyil, həmçinin ənənəvi kartla ödəniş üsullarından daha ucuz olması və Bitcoin etiketinin gətirdiyi məşhurluqla kiçik və orta ölçülü mağazalar üçün ideal bir həll təklif edir”, – deyə bildirib.

Avropada 80 mindən çox mağaza kriptovalyutadan istifadə edəcək

Layihənin konsepsiyası bu iki kriptovalyuta ödəniş xidmətini birləşdirərək daha səmərəli xidmət göstərməkdir. Bu da ödəmə əməliyyatları yerinə yetirmək üçün lazım olan müddətləri azaldacaq.

Borisenka həmçinin bunları qeyd edib:

“Hazırda hər növ kriptovalyutaya malik və onları xərcləməyə həvəsli bir bazar var, lakin müştərilərlə satıcılar arasında hələ də böyük bir boşluq var”.

Bitcoin Cash-dən savayı daha 50 kriptovalyuta qəbul ediləcək

Əməkdaşlıq nəticələndikdən sonra komanda istifadəçilərə ödənişlərin olduqca qısa zamanda ediləcəyini vəd edir. Ödəniş metodu kimi Bitcoin, Bitcoin Cash və daha 50 kriptovalyuta qəbul ediləcək. Satıcılar üçün bir üstünlük də istədikləri kriptovalyuta ilə ödənişi qəbul etmələri olacaq.

“Coingate”-in CEO-su Dmitrius Borisenka kriptoqrafik aktivlərin ödəniş metodu kimi istifadə edilməsinin təhlükəsiz maliyyə resursu olduğunu bildirir:

“Satıcıları həddindən artıq məzənnə dəyişkənliyi riskindən qaçınmaq üçün Bitcoin-in qiymətini alış zamanı sabit hala gətirəcəyik. Avro əsaslı ödəniş almaq istəyən satıcıların hər hansı bir kriptovalyutaya toxunmasına ehtiyac olmayacaq”.

Valyuta konvertasiyası yalnız 2 gün ərzində nəticələnəcək, Hər iki şirkət beynəlxalq bazarlarda təcrübəyə malikdir. Məsələn, “Coingate” dünyada 1500 hesaba, 50000 istifadəçiyə və ayda 10 milyon avro mənfəətə sahibdir. “Prestashop” isə 200 ölkədə 250000 onlayn mağazaya malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Hər iki şirkət istifadəçilər tərəfindən yüksək maraq görür. Bu səbəbdən, bu iki şirkətin ortaqlığı kripto ödəniş sənayesində inqilab yarada bilər.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et