8 martda biznes xanımlarına verilə biləcək 10 ən yaxşı hədiyyə | Banco.az

8 martda biznes xanımlarına verilə biləcək 10 ən yaxşı hədiyyə

Qarşıdan 8 Mart gəlir. Yəqin ki, hamımızın ətrafında heç olmasa bir nəfər də olsa biznes leydi olan yaxınımız var. Ümumiyyətlə qadınları təbrik etmək üçün hədiyyə seçimi ən çətin məqamlardan biridir. Əgər əziziniz biznes qadınıdırsa, onda məsələ daha da qəlizləşir. Çünki iş xanımlarını məmnun etmək heç də asan deyil. Əlbəttə fikirləşə bilərsiniz ki, ən vacib olan göstərilən diqqət və sevgidir, hədiyyənin nədən ibarət olması elə də böyük əhəmiyyət daşımır. Amma niyə də, həmin xanımı orijinal hədiyyə ilə sevindirməyəsiniz? Çünki, biznes leydilərin ehtiyac duyduqları ləvazimatlar digər qadınlarınkından fərqlənir. Elə isə, iş xanımlarımızın işinə yarayacaq və sevə-sevə istifadə edə biləcəkləri 10 hədiyyə ideyasını sizlərə təqdim edirik.

  1. Möhtəşəm görüntüyə malik biznes çantası və ya gündəlik çiyin çantası. Biznes qadınları üçün səliqəli və eleqant görüntü hər şeydən vacibdir desək bəlkə də yanılmarıq. Geyimin əsas elementini isə çanta təşkil edir. Xüsusilə, iclaslar və biznes tədbirləri zamanı çanta və ya işgüzar portfellər daha nəzərəçarpan olur. Buna görə də öz əzizinizi xoşbəxt etmək və ehtiyacı olan hədiyyəni vermək istəyirsinizsə, çanta əla seçim olacaq!
  2. Şəxsi və ya peşəkar inkşafa kömək edə biləcək kitab və ya jurnal. Iş xanımları mütaliəyə həmişə zaman ayırmağı bacarırlar. Həyatlarını mütaliəsiz təsəvvür etməyən biznes leydilər kifayət qədərdir. Bayram və xüsusi günlərdə onlara imzalı kitab və ya jurnal hədiyyə etsəniz bu onları çox sevindirəcək. Əgər kitab seçməkdə çətinlik çəkirsinizsə, onda şəhərimizin kitab mağazalarından hər hansısa birindən hədiyyə kuponu da bağışlaya bilərsiniz.
  3. Peşəkar iş qadınının müasir kompyuter və ya proqram təminatına həmişə ehtiyacı var.  Bu özündə müxtəlif proqramları cəmləşdirən (tərcümə, antivirus proqramları və s..) məhsul, hədiyyə sahibinə işlərini daha tez və nizamlı şəkildə həyata keçirməyə kömək edəcək.
  4. A-Reader, günümüzün iş qadınlarının imtina edə bilməyəcəyi əşyalardan biridir. Müasir dövrümüzdə demək olar ki, əksər avadanlıqlar öz müasir, texnoloji variantları ilə əvəzləniblər. Kitablar da bu qəbildəndir. Kindle,  Nook,  iPad və digər A-booklar əl çantasında daşına bilmək üçün, kifayət qədər yüngüldür. Buna görə də dövrümüzdə,elektron kitab oxuma vasitələrinə tələbat daha çoxdur. Həmçinin belə kitabların həcmi də, ənənəvi kitablardan daha kiçik olur və beləcə tək əllə rahat istifadə oluna bilirlər. Məhsul, biznes xanımlarının ürəyincə olacaq!
  5. Elektron sənəd və faylları yaddaşda saxlaya

    Ən sərfəli kredit üçün müraciət et

    biləcək qurğular.
    Hər bir iş adamı üçün sənədləri tez və təhlükəsiz şəkildə qoruyub saxlamaq vacibdir. Əgər siz dəyərli məlumatları elektrik kəsilməsi və ya komputerin zədələnməsi zamanı itirmisinizsə, sərt disklərin əhəmiyyətini elə həmin an anlayacaqsınız. Siz unikal görünüşə malik xarici sərt disk və ya USB flash kartlarını istənilən ofis ləvazimatları satılan mağazadan əldə edə bilərsiniz.
  6. Ofis ləvazimatları ilə dolu hədiyyə səbəti. Sözün düzü, inanmıram ki, belə bir hədiyyə kimisə razı salmasın. Içərisi qələm, qələmqabı, qeyd dəftəri, masaüstü təqvim, fayl saxlancı, möhür və poçt məmulatları, maus, printer ketrici və s. zəruri ləvazimatlarla dolu səbəti istənilən, işinə vurğun xanım böyük məmnunluqla qəbul edər.
  7. Keyfiyyətli, kağızkəsən aparat (shredder).  Ilk baxışda bu hədiyyə elə də, yüksək texnologiyaya malik və ya dəbdəbəli təsir baxışlamır. Lakin söhbət əşyaya olan ehtiyacın vacibliyindən gedəndə geriyə söz qalmır. Bu hədiyyə, sahibin məxvi sənədlərinin oğru və ya kənar şəxsin əlinə keçməsinin qarşısını alır. Hədiyyəni bağışladığınız andan etibarən, sahibin zəruri sənədlərinin məxviliyi və təhlükəsizliyi qorunub saxlanacaq.
  8. Odadavamlı fayl qutusu və ya seyfi sahibinin beyninə sakitlik bəxş edəcək. Bu təhlükəsizliyi təmin edən növbəti məhsuldur. Bu məhsulun əsas funksiyası, sənədləri yanğın və ya su axınının təsirindən qorumaqdır. Müxtəlif ticarət məntəqələrində çoxçeşidli odadavamlı seyflər mövcuddur. Zövqünüzü oxşayanı seçib, qarşınızdakı şəxsi sevindirə bilərsiniz.
  9. Fotoaparat. Anı əbədiləşdirməyin təkrarsız üsulu. Professional fotoaparat, nəinki biznes sahəsində çalışanlara, həmçinin digər şəxslərə də verilən əvəzolunmaz hədiyyələrdən biridir. Bu yolla, hədiyyə sahibi həm şəxsi, həm də iş həyatının vacib və xoşbəxt anlarını yaddaşa həkk etməyi bacaracaq.
  10. Plastik hədiyyə kartları. Köhnəlikdən əl çəkib, pullarınızı artıq kağız zərfdə yox,  "Hədiyyə Kartları" vasitəsilə hədiyyə edin. Kart hədiyyə kimi nəzərdə tutulduğundan kartın üzərində heç bir ad olmur. Kartı alan adam istənilən məbləği karta mədaxil edərək dostuna, qohumuna və ya biznes partnyoruna hədiyyə verə bilər. Kartın sahibi istədiyi zaman kartın balansına yenidən pul mədaxil edə bilər . Beləki, bu kartlar vasitəsilə Siz, bankomatdan nağd pul çıxara, istər ölkədaxili və istərsə də müəyyən məhdud sayda xarici ölkənin otel və alış-veriş mərkəzlərində POS-terminal vasitəsilə nağdsiz və faizsiz ödənişlər, kommunal xidmətlər üçün, mobil telefon operatorlarına, kabel televiziyalarına, internet provayderlərinə ödənişlər, internet üzərindən alış-veriş, "Cash by Code", "ATM SMS Notification enrollment" (ATM vasitəsilə SMS məlumatlandırma), "Card to Card", Mobil Bankçılıq xidmətlərini həyata keçirə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et