7 bankın əməliyyat xərcləri azalıb | Banco.az

7 bankın əməliyyat xərcləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin bu ilin yanvar-iyun aylarındakı əməliyyat xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Xalq Bank", "Access Bank", "AFB Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan", "Atabank" və "Bank VTB Azərbaycan"dır. Ən az azalma "Xalq Bank"da (1,8%), ən çox azalma isə "Bank VTB Azərbaycan"da (32,9%) qeydə alınıb.

Qalan 23 bankın isə əməliyyat xərcləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Günay Bank"da (56,5%), ən aşağı dinamika isə "Rabitəbank" və "Amrah Bank"da (0,3%) qeydə 


4 bankın əməliyyat xərcləri 50 milyon manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat xərcləri 50 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (128,631 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (120,46 milyon manat), "PAŞA Bank" (62,432 milyon manat) və  "Access Bank"dır (54,43 milyon manat).

Qalan 26 bankdan 20-də əməliyyat xərcləri 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et