60 milyon dollarlıq Bitcoin itirdi: “Xəstəlik tapdım” | Banco.az

60 milyon dollarlıq Bitcoin itirdi: “Xəstəlik tapdım”

İçində 7500 Bitcoin olan kompüterini zibilliyə atan şəxs haqqında eşitmisiniz.

Ceyms Hovells Bitcoin ilk yarandığı vaxtlar mədənçiliklə məşğul olmuş və bir həftədə 7500 Bitcoin çıxara bilmişdi. Lakin Bitcoin-lərin olduğu kopüteri zibilliyə atıb və hazırki qiymətə görə orada 60 milyon dollarlıq Bitcoin var. Hovells “New York Post”-a verdiyi açıqlamada itmiş Bitcoin-lərini geri qaytara bilmədiyini söyləyib.

2009-cu ildə Bitcoin ilk dəfə bazara çıxarıldıqda qiyməti 1 dollardan çox aşağı idi. Həmin vaxt sadə avadanlıqlardan istifadə edərək bir həftədə yüzlərlə Bitcoin toplamaq mümkün idi. 2013-cü ildə Bitcoin 100 dollara yüksəldiyi zaman Hovells sabit diskini (hard disk) axtarmağa başladı. Ancaq kompüterini zibilliyə atdığı yadına düşdü.

“2009-cu ildə bir həftədə 7500-dən çox Bitcoin istehsal etdim. Altı nəfər idik, özümüzü qızıl ovçuları kimi aparırdıq. Səhvən masamdakı boş sabit diski atmaq əvəzinə Bitcoin cüzdan məlumatlarım içində olan sabit diski atdım”.

Bitcoin unikal valyutadır. Rəqəmsal təbiətinə görə investoru məsuliyyətli davranmağa məcbur edir. Ancaq bunun bir mənfi xüsusiyyəti var. Çünki cüzdan xüsusi açarını itirsəniz, kriptovalyutalarınızı da itirmiş olursunuz.

Hovells milyonlarla dollar itirdiyini öyrəndikdən sonra xəstələndiyini bildirib:

“Bitcoin-in qiymətinə baxdım. İtirdiyim tokenlər 2-3 milyon dəyərində idi. Bu rəqəm bir neçə ay sonra 9 milyon dollara çatdı. Ağır xəstələndim. Zibillikdəki insanlarla danışdım. Baş verənləri onlara dedikdə, mənə dəli kimi baxdılar”.

Milyonlarla Bitcoin Blockchain şəbəkəsinin dərinliklərində itdi. Blockchain əsaslı “Chainanalysis” şirkətinin apardığı araşdırmaya görə, 3,79 milyon Bitcoin-in qalıcı olaraq itdiyi, geri qaytara bilinməyəcəyi müəyyənləşib. Bu göstərici ümumi Bitcoin sayının 18%-dən artıqdır.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et