6 may tarixində Bakıda e-bankinqə həsr olunmuş sammit keçiriləcək | Banco.az

6 may tarixində Bakıda e-bankinqə həsr olunmuş sammit keçiriləcək

2014-cü il may ayının 6-da Bakı şəhərində "Softline" və "NETinfo Plc" şirkətlərinin birgə təşkilatçılığı ilə e-bankinqə həsr olunmuş sammit keçiriləcək. Tədbir "Hyatt Regency" otelinin Əmirov zalında təşkil olunacaq. Tədbirdə iştirak pulsuzdur!

Tədbir İT departamentlərinin rəhbərləri və əməkdaşları, internet-bankinq menecerləri, alternativ kanalların menecerləri, pərakəndə/korporativ müştəri menecerləri, əməliyyat menecerləri və Direktorlar Şurasının üzvləri üçün nəzərdə tutulmuşdur.

NETinfo Plc - bank və maliyyə sənayesi üzrə proqram təminatı istehsalçısı - ixtisaslaşdırılmış şirkətdir. Sözügedən şirkət ISO9001 üzrə sertifikatlaşdırılıb və hal-hazırda Kipr, Böyük Britaniya, Rumıniya, Albaniya, Belarus, Rusiya, Ukrayna, Qazaxıstan, Yunanıstan, eləcə də Mərkəzi və Latın Amerikası ölkələrində fəaliyyət göstərir.

Tədbir iştirakçıları elektron bankinqin və qabaqcıl təcrübənin son qlobal tendensiyaları haqqında tam təsəvvürə yiyələnəcək, eyni zamanda, "NETteller"ə məxsus elektron bankinq qərarlarının səmərəliliyi barədə faydalı məsləhətlər əldə edəcəklər. Qeyd edək ki, həmin qərarlar vasitəsilə şirkət müştərilərin cari və gələcək tələblərini ödəməklə bazar mühitində rəqiblərindən bir addım öndə olmağı və rəqabət üstünlüyünə sahib olmağı bacarır.

Ən sərfəli kredit üçün müraciət et

Əgər siz internet-bankinq vasitəsilə bankınızın xidmətlərini təbliğ etmək və tanıtmaq, bazarda mövcud olan yeni tendensiyalar haqqında məlumat əldə etmək və bu sahənin peşəkarlarından ibarət bir şəbəkə yaratmaq məqsədi daşıyırsınızsa, o zaman bu möhtəşəm tədbiri qaçırmamalısınız!

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan üsulların köməyilə əlaqə nömrələri barədə məlumat verə və tədbirdə iştirak üçün müraciət edə bilərlər:

- Elektron poçt ünvanı vasitəsilə: [email protected]

- Qeyd olunan nömrələrlə əlaqə saxlamaqla: +9412 597 30 58; +99412 597 30 93 (111)

Unutmayın ki, tədbirdə yalnızca qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilər. Son qeydiyyat müddəti 2014-cü il 5 may tarixinə qədərdir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et