5 sent ilə necə milyonçu olmaq olar? | Banco.az

5 sent ilə necə milyonçu olmaq olar?

Əvvəllər ticarət sistemi indiki vəziyyətindən daha çox fərqlənirdi. Mağaza piştaxtalarında yerləşdirilən məhsulların üzərində qiymət qeyd edilmədiyindən, mütləq şəkildə satıcı ilə ünsiyyət saxlamaq lazım gəlirdi. Satıcılar da öz növbəsində müştərinin alıcılıq qabiliyyətini onun geyimi (ümumi görünüşü) ilə qiymətləndirib, potensial müştəriləri belə qaçıra bilirdilər. Müştərilər əksər hallarda satıcılarının gülüş hədəfinə çevrilməmək üçün, mağazalardan yan keçirdilər. Beləliklə mağazalar əl-çatmaz, satıcılar isə özündən razı göründüyü zaman - büdcəyə gələcək pulların lazımsız psixoloji manevr sayəsində itkisi kimi qiymətləndirilirdi.

İnsanları bu tip “işgəncədən” xilas edən Frenk sadə fermer ailəsində dünyaya göz açmışdır. O, balaca qardaşı Çarli ilə uşağlıqdan birgə fermada çalışıb. Hələ uşaq ikən müəllimi valideynlərinə, Frenkin bacarı olduğunu və təhsilini davam etdirməsinin vacibliyini bildirir. Lakin ailənin vəziyyəti yalnız vergi və ərzaq alınmasına çatdığından, təhsil məsələsi gündəmdə deyildi.

Analarının doğum günü ərəfəsində Frenk və qardaşı şəhərə hədiyyə seçməyə gedir. Qardaşlar son bir neçə ayda bütün uşaq istəklərindən imtina edib, hər qəpiklərini toplamaq məcburiyyətində qalırlar. Uşaqlar vitrinlərdən birində gözəl və onların zənn etdikləri kimi ciblərinə uyğun yaylıq görür və almaq üçün dərhal mağazaya tələsirlər. Satıcı uşaqların ona uzatdıqları pula baxıb, onların daha çox pula ehtiyacı olduğunu və mağazadan uzaqlaşmalarını tələb edib. 

Frenkini yaşanan hadisə məyus edir. Həmin gün onlar digər mağazadan eyni ilə həmin yaylığdan hədiyyə alaraq evə dönürlər.  Lakin həmin gün baş verən hadisənin təsirindən azad ola bilməyən Frenk, qardaşına: vaxt gələcək varlı və ya kasıb olmasından asılı olmayaraq insanlar rahatlıqla mağazadan 10 qəpiklik məhsulu belə ala biləcək - deyə bildirir. 

İllər keçir, Frenk artıq 21 yaşına çatdığı zaman evi tərk edərək prestijli bir mağazada işə başlayır. Əslində Frenk-ə nəzər yetirdikdə onun bura aid olmadığı görünsə də mağaza sahibi onun üç ay müddətində pulsuz işləməsinə icazə verir.

Frenk, ticarətdə və insanlar ilə ünsiyyətdə yetəri qədər utancaq və qərarsız biri idi. Daim səhvlər edir, məhsulu dəyərindən baha satmaq əvəzinə ucuz sataraq mağaza sahibinin hiddətinə səbəb olurdu. Günlərin bir günü piştaxta arxasında işləyərkən gənc huşunu itirir. Baş verən hal, mağaza sahibini son dərəcədə əsəbləşdirir və Frenkin artıq son bir şansının qaldığını bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Son şans deyərkən: Gəncin bu gündən etibarən tək olaraq satış etməsini və gündəlik planı yerinə yetirmədiyi halda işdən qovulacağını bildirilib.

Deyilənlər Frenki, son dərəcə qorxuya salır. Hər kəsdən utanan və satışı tam mənfəətlə apara bilməyən gənc çıxış yolu axtarmaq məcburiyyətində qalır və tapır. Növbəti gün o hər kəsdən əvvəl mağazaya gələrək, bütün məhsulların üzərinə ən minimal qiymətlərini yapışdırır. Daha sonra isə satılmayan əşyaları vitrinin mərkəzində, üzərində: "Hər biri 5" sentə olan lövhəciklə yerləşdirir. Frenk qorxudan piştaxta arxasında gizlənir, etdiyi hərəkət ilə alıcıların hiddətinə səbəb olduğunu düşünür. Lakin müştərilər, vitrinlərə yaxınlaşıb təklif edilən qiymətlərdən yararlanır və razı şəkildə mağazanı tərk edirlər. Həmin gün ərzində edilən satış dəyəri, həftəlik nəticədən bir qədər az idi.

Frenk uğurlu satış taktikasını başa düşdükdən sonra, borc götürərək ən prestijli küçələrdən birində mağaza açır. O, bu dəfə daha öncə istifadə etdiyi fənddən istifadə etsədə ziyana uğrayır. Çünki kifayət qədər inkanlı insanların 5-10 sent dəyərində olan məhsullara ehtiyac duymur.  Müflis olmasına baxmayaraq  Frenk 1886-cı ildə yenidən "5 sentlik" mağaza açır və öz biznesini inkişaf etdirir. 

1900-cü ildə Frenk Vulvort 50 mağaza sahibi idi. Utancaq olduğu üçün tətbiq etdiyi üsul, ona milyonlarla dollar gəlir gətirdi. Frenk Uinfild Vulvort ilk supermarket təsisçisi olaraq adını tarixə yazdıra bilir. O, hər bir kəsin istəyib, amma reallığa uyğun olmayan arzusunu gerçəkləşdirir. 

Frenkə məxsus mağazalarda, bütün məhsullar alıcı üçün maksimum olaraq rahat rəflərdə yerləşdirilir. Hər birinin üzərində qeyd olunan qiymət breketləri insanların ciblərinə uyğun olaraq seçdiyi məhsulun hətta istehsalı və tərkibi barəsində məlumat almağa şərait yaradırdı. 

Frenk Vulvorta məxsus "Supermarket imperiyası" 25 il ərzində bütün Şimali Amerika ərazisini fəth edir. Daha sonra isə Amerika sərhədlərini aşaraq Avropa ölkələrinə qədər gəlir. hal-hazırda Vulvort brendi ilə Avropa ərazisində az sayda da olsa mağazalar fəaliyyət göstərir. 

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et