5 BOKT-un öhdəlikləri 15 milyon manatdan çoxdur | Banco.az

5 BOKT-un öhdəlikləri 15 milyon manatdan çoxdur

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 5-nin öhdəlikləri 15 milyon manatdan çoxdur.

Bunlar "Aqrarkredit" (13 493,965 milyon manat), "Para" (70,167 milyon manat), "Finoko" (20,44 milyon manat), "TBC Kredit" (15,689 milyon manat) və "Embafinans"dır (15,463 milyon manat). 17 BOKT-un öhdəlikləri 1-8 milyon manat arasında, 14 BOKT-un öhdəlikləri isə 1 milyon manatdan azdır.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

 

***

36 BOKT-dan 15-i ötən il öhdəliklərini artırıb. Bunlar "Kəpəz", "PSG Finans", "Avrasiya-Kredit", "Molbulak", "İcraçı Kredit Agentliyi", "Kredit Servis", "Effektinvest", "Finex Kredit", "Embafinans", "Finoko", "International", "Merkuri", "Kredex", "Finans İnvest" və "Falcon Finance"dır. Ən yüksək dinamika "Kəpəz"də (344 dəfə), ən aşağı dinamika isə "Falcon Finance"da (10%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

2 BOKT-un - "İdeal Kredit" və "Omni Finans"ın öhdəlikləri dəyişməyib.

2 BOKT-un "Azinvestkredit" və "Qafqaz Kredit"in öhdəlikləri ötən il formalaşıb, 1 BOKT-un - "Regional"ın isə son 2 ildə öhdəlikləri olmayıb, odur ki, onların öhdəliklərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 16 BOKT-un isə öhdəlikləri azalıb. Ən çox azalma "FİNKA Azərbaycan"da (95%), ən az azalma isə "Kredaqro"da (0,9%) qeydə alınıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et