5 addımda bazar payını necə artırmaq olar? | Banco.az

5 addımda bazar payını necə artırmaq olar?

İlk olaraq bazar payının nə olduğunu öyrənək. Qısaca ifadə etsək,  bazar payı, şirkətin həmin sənayedəki həcmini göstərir və ya müəyyən bir vaxt çərçivəsində bazardakı satışların nə qədərini əhatə etdiyini göstərir. Bazar payı müəyyən müddət üçün olan satışların, həmin sənayedəki ümumi satışlara bölməklə tapılır. Bu hesablama rəqiblərə nisbətən necə böyüdüyünüzü də göstərməklə, inkişafınızı ümumi şəkildə göstərir. Bazar payını böyütmək üçün bu 5 addımı davamlı təkrarlamalısınız:

1. İnnovasiya

Müştərilərə hər zaman ən yaxşı və ən yeni məhsulu təqdim etməklə müştərilərlə şirkət arasında bağ yaranır. “Müştərilərə nə istədiyini vermək lazım deyil. Çünki siz onlara istədiyini verənə qədər onlar başqa şeylər də istəyəcək. Hər zaman istədiklərindən daha çoxunu verməlisiniz.“ Bu fikirlər rekord bazar payını qazanmış Apple dahisi Steve Jobs-a aiddir.

2. Müştəri Seqmentini böyütmək

Potensial müştərilərin davamlı müştərilərə çevrilməsi şirkətlərə milyonlar qazandırır. Yeni məhsulları hazırlayarkən həmin məhsulun bazarda nə qədər çox insana xitab etməsini nəzərə alın. Siz müştərilərdən asılısınız. Satacağınız məhsulu da müştərilərə satacaqsınız nəticədə. Bu səbəbdən də müştərilərinizi yaxşı tanıyın və müştəriləriniz olmayanları da müştərilərinizə çevirin. Hər şey sadəcə sizin məhsullarınızdan asılıdır. Hər şey keyfiyyətdən asılıdır.

Ən sərfəli kredit üçün müraciət et

3. Strateji Birləşmələr

Sürətli böyümə üsullarından biri də rəqiblərlə birləşməkdir. Rəqiblərlə birləşməklə rəqiblərin müştərilərini də qazanacaqsınız.

4. Müştəri idealarına açıq olun

Bəzən bütöv bir şirkətin görə bilmədiyini sadə bir müştəri görür. Bütün ehtimalları nəzərə alın. Müştərilərə qarşı ehtiyyatlı olun. Bir müştərini itirməklə siz, yalnız bir müştərini itirmirsiniz. İtirdiyiniz şey şirkətin reputasiyası, bir ömürlük satışlar ola bilir.

5. Şirkətdaxili dəyərlər

Hər şey daxildən başlayır. Şirkət daxildən möhkəm deyilsə, dünyanın heç bir möcüzəsi şirkəti böyüdə bilməz. Şirkətin böyümə arzusu daxildən gəlməlidir. Bütün çalışanlar iş vaxtını, həqiqətən, çalışaraq keçirməlidir. Bir xəyal ətrafında birləşməlidir ki, xəyallar xəyal olaraq qalmasın.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et