46 sığorta agentinin lisenziyası dayandırılıb | Banco.az

46 sığorta agentinin lisenziyası dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarı ilə bəzi sığorta agentlərinə verilmiş lisenziyaların qüvvəsi 3 ay müddətinə dayandırılıb, 2 sığorta agentinin lisenziyası isə ləğv edilib.

Palataya istinadən xəbər verilir ki, iclasda Sığorta Bazarına Nəzarət Departamentinin 46 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın 3 ay müddətinə dayandırılması müraciətinə baxılaraq, müsbət qərar qəbul edilib. Lisenziyaların dayandırılmasına səbəb, sığorta agentlərinin “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə riayət etməyərək MBNP-yə rüblük hesabatları təqdim etməmələri olub.

Ən sərfəli kredit üçün müraciət et

İclasda həmçinin, Emin Şahgəldi oğlu Şahzadə və Elxan İlham oğlu Qubadovun MBNP-yə müraciəti əsasında onların sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et