4 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur | Banco.az

4 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur

4 bankın Mərkəzi Bankdakı vəsaitləri 50 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 16-sı bu il yanvarın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 4-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

Bunlar "Kapital Bank" (783,966 milyon manat), "AFB Bank" (101,551 milyon manat), "Naxçıvan Bank" (81,019 milyon manat) və "Xalq Bank"dır (50,276 milyon manat).

Ən sərfəli kredit üçün müraciət et

Qalan 12 bankdan 6-nın Mərkəzi Bankdakı vəsaitləri 10 - 50 milyon manat arasında, 6 bankda isə 1- 10 milyon manat arasındadır.

Mərkəzi Bankdakı vəsaitlərinin məbləğini açıqlamayan banklar "Amrah Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", "Bank of Baku", "Bank Respublika", "Bank VTB Azərbaycan", "Express Bank", İran Milli Bankının Bakı filialı, "NBC Bank", "PAŞA Bank", "Rabitəbank", "Turan Bank" və "Unibank"dır. 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et