4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur | Banco.az

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

8 bankın kredit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.

Bunlar "Bank Avrasiya", "Muğan Bank", "Access Bank", "Bank of Baku", "Atabank", "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Bank Avrasiya"da (1,8%), ən çox azalma isə Pakistan bankında (36,3%) qeydə alınıb.

Qalan 22 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "Bank Respublika"da (45%), ən aşağı dinamika isə "Günay Bank"da (5,7%) qeydə alınıb.

 

Ən sərfəli kredit üçün müraciət et

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 786,244 milyon manat), "Xalq Bank" (1 milyard  493,554 milyon manat), "Kapital Bank" (1 milyard  406,373 milyon manat) və "PAŞA Bank"dır (1 milyard  402,114 milyon manat).

Qalan 26 bankdan 21-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 3 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et