4 Azərbaycan bankı AYİB-in təşkil etdiyi “CEEP” kredit proqramına qoşulacaq | Banco.az

4 Azərbaycan bankı AYİB-in təşkil etdiyi “CEEP” kredit proqramına qoşulacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji səmərəliliyinin yaxşılaşdırılması istiqamətində kreditlərin verilməsini nəzərdə tutan "CEEP" proqramının Azərbaycan ərazisində geniş miqyasda tətbiqini planlaşdırır.

Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeynin sözlərinə görə, AccessBank və DemirBank ilə yanaşı, daha 2 yerli bank da "CEEP" proqramı çərçivəsində AYİB-dən kredit almaq niyyətindədirlər.

"Sözügedən banklar artıq AYİB-in Azərbaycandakı partnyorlarının sırasında daxildirlər", deyə Makkeyn bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, enerji effektivliyi sahəsində bankın "B" kateqoriyasına çatdırılması məqsədilə kredit cəlb edən AccessBank Azərbaycanda tətbiq olunan "CEEP" proqramının ilk benefisiarı olmuşdur. Dəmirbank ASC-ə isə bənzər məqsədlərlə istifadə müqabilində iyun ayının 25-də kredit təqdim oluncaq.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et