3 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur | Banco.az

3 bankın faiz gəlirləri 100 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri 100 milyon manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (219,74 milyon manat), "Kapital Bank" (189,925 milyon manat) və "PAŞA Bank"dır (100,265 milyon manat).

Qalan 27 bankdan 1-də faiz gəlirləri 50-100 milyon manat arasında, 16 bankdan 10-50 milyon manat arasında, 10 bankda isə 10 milyon manatdan azdır.

 

9 bankın faiz gəlirləri azalıb

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.

Bunlar "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Atabank", "AFB Bank", "AGBank" və Pakistan Milli Bankının Bakı filialındadır. Ən az azalma "Xalq Bank"da (0,2%), ən çox azalma isə Pakistan bankında (54,7%) qeydə alınıb.

Qalan 21 bankın isə faiz gəlirləri illik müqayisədə artıb. Ən yüksək dinamika "Unibank"da (96,7%), ən aşağı dinamika isə "Bank of Baku"da (0,1%) qeydə alınıb.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç