21 bankın faiz gəlirləri artıb, 9 bankın faiz gəlirləri azalıb - SİYAHI | Banco.az

21 bankın faiz gəlirləri artıb, 9 bankın faiz gəlirləri azalıb - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun bu ilin yanvar-mart aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub. 

Bunlar "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Bank VTB Azərbaycan", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Atabank", "AGBank", "AFB Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (52,4%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (1,1%) qeydə alınıb.

Qalan 21 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "Bank Respublika"da (78,9%), ən aşağı dinamika isə "Xalq Bank"da (1%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et


5 bankın faiz gəlirləri 20 milyon manatdan çoxdur

Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin faiz gəlirləri 20 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (108,662 milyon manat), "Kapital Bank" (93,296 milyon manat), "PAŞA Bank" (52,558 milyon manat), "Xalq Bank" (27,348 milyon manat) və "Access Bank"dır (22,969 milyon manat).

Qalan 25 bankdan 6-da faiz gəlirləri 10-20 milyon manat arasında, 17 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et