2019-un birinci yarısında 500-ə yaxın şirkət bankımızda hesab açıb - Baş direktor | Banco.az

2019-un birinci yarısında 500-ə yaxın şirkət bankımızda hesab açıb - Baş direktor

"Ötən ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarısında Beynəlxalq Bankda yeni hesab açan korporativ müştərilərimizin sayı 27% artıb. Bankımız hazırda 17000-dən çox korporativ müştəri bazasına malikdir".

Bunu Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli bildirib.

Bankının Baş direktoru əlavə edib ki, 2019-cu ilin birinci yarısı ərzində 500-ə yaxın korporativ müştəri Azərbaycan Beynəlxalq Bankında hesab açıb.

"Kiçik və orta sahibkarlıq sektoru bank üçün də, ümumən ölkə iqtisadiyyatı üçün də çox böyük perspektivlərə malikdir. Bank bu istiqamətdə fəallığı artırır. Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni seqmentdir və biz bu seqmentdə fəaliyyət göstərən biznes subyektləri üçün maliyyə resurslarının əlçatanlığını təmin etmək istəyirik. İndi kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlar haqqında məlumatlıdırlar və bu imkanlardan istifadə etməyə başlayıblar", - Nərgizxanım Biləndərli bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən başlayan illik faiz dərəcəsi ilə təklif edir.

Nərgizxanım Biləndərli qeyd edib ki, yaxın günlərdə kiçik və orta sahibkarlar üçün iki yeni məhsulun bazara təqdim olunması nəzərdə tutulur: "Bu  məhsullardan biri “Tərəfdaşlarımıza anında dəstək krediti” olacaq. Digəri isə invoysların maliyyələşdirilməsi ilə bağlıdır. Müştəri loyallığını yüksəltmək üçün bankın korporativ müştəriləri müəyyən proqramların tətbiqini də planlaşdırırıq".

marja

Ən sərfəli krediti almaq üçün müraciət et