2019-da FinTech və kriptovalyuta sahəsində ən əhəmiyyətli 5 tendensiya | Banco.az

2019-da FinTech və kriptovalyuta sahəsində ən əhəmiyyətli 5 tendensiya

DSX-in (Digital Securities Exchange) icraçı direktoru Mike Rymanov FinTech və kriptovalyuta üzrə 2019-cu ilin beş əsas tendensiyasını açıqlayıb.

  1. Kriptovalyuta qanuni çərçivəyə keçir - Kripto pullar ilə əlaqədar qanuni qaydalar 2019-cu ildə də artmağa davam edəcək. Maliyyə ekosisteminə nəzarət edən qanuni orqanlar, kriptovalyuta dünyasında da söz sahibi olmaq istəyəcək. Kriptovalyuta dünyasına addım atan böyük miqyaslı maliyyə quruluşlarına 2019-cu ildə hər keçən gün bir yenisi əlavə olunacaq.
  2. İqtisadiyyat mobil prioritet halına gəlir - Gündəlik həyatın hər sahəsində bir çox əməliyyatlarda istifadə edilən ağıllı telefonlar, gündəlik maliyyə fəaliyyəti üçün də əvəzsizdir. İdentifikasiya və təhlükəsizlikdə, iki nəfər arası transferlərə və alış-veriş əməliyyatlarına qədər hər cür maliyyə əməliyyatında əsas olaraq ağıllı telefonlar istifadə ediləcək. 2020-ci ildə tamamilə nağdsız bir cəmiyyətə çevrilə bilməsək də, bu güclü hədəfə bir addım daha yaxınlaşmış olacağıq.
  3. Blockchain kriptovalyutadan kənara çıxır - İş dünyası 2019-cu ildə blockchain'i yalnız maliyyə əməliyyatları üçün deyil; bu gün bir çox sektora təsir edən çətinlikləri və prosesdəki maneələri daha təsirli şəkildə aşa bilmək üçün istifadəyə başlayacaq. Bu il ən çox önə çıxacaq istifadə ssenarilərinin başında isə səhmdar səslərinin blockchain ilə təsdiqi olacaq, bu sayədə şəffaflıq və təhlükəsizliyin təmin edilməsi gözlənilir.
  4. Süni zəka əlaqələri möhkəmləndirəcək - Maliyyə sektorunda banklar və digər xidmət təminatçıları ilə istehlakçı arasında dijitallaşma səbəbiylə zəifləyən əlaqə, süni zəka texnologiyası sayəsində yenidən güclənəcək. Daha qabaqcıl biznes analitikləri ilə böyük məlumatları möhkəmləndirən yenilikçi texnologiyalar, əvvəlki kimi bank xidmətləri göstərməyənlər üçün də kredit ballarını müəyyənləşdirəcək.
  5. Əsas tendensiya: maliyyə iştirakını artırmaq - FinTech dünyasının 2019-cu il gündəmində, bu günə qədər bankçılıq və ya ənənəvi maliyyə xidmətlərindən istifadə etməkdə çətinlik çəkən istehlakçılara çatmaq. Xüsusilə inkişaf etməkdə olan bazarlarda texnologiya vasitəsilə maliyyə imkanlarının artırılması FinTech dünyasının böyüməsinin ən təsirli yolu hesab olunur. Bu səbəblə "əvvəl mobil" strategiyası, süni zəka dəstəkli risklərin idarə edilməsi və blockchain əsaslı şəffaflıq böyük əhəmiyyət daşıyır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç