2019-cu ilin yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2019-cu ilin yanvar-fevral ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 132.8 mln. manat məbləğində sığorta haqları toplanıb, 33.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.  

Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 103.9 mln. manat, ödənişlər isə 21.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 28.9 mln. manat, ödənişlər isə 11.8 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar-fevral aylarında sektor üzrə məcmu sığorta haqlarının 78.2%-i könüllü, 21.8%-i  isə  icbari sığorta  növlərinin  payına  düşüb. Sığorta ödənişlərinin  64.4%-i könüllü, 35.6%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et