2019-cu ildən icbari tibbi sığorta bütün ölkədə tətbiq edilə bilər | Banco.az

2019-cu ildən icbari tibbi sığorta bütün ölkədə tətbiq edilə bilər

2019-cu ildən icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqindən danışmaq olar.

Bunu jurnalistlərə Milli Məclisin deputatı Musa Quliyev bildirib:

"Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Gələn ildən onun əhatə dairəsinin genişlənəcəyi gözlənilir".

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili əlavə edib ki, ümumilikdə icbari tibbi sığorta sisteminin özünü doğrultması üçün 4-5 il vaxt lazımdır.

Mənbə: Trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et