2019-cu ildə Azərbaycanın hərbi büdcəsi açıqlandı | Banco.az

2019-cu ildə Azərbaycanın hərbi büdcəsi açıqlandı

Azərbaycan 2019-cu ildə müdafiə qabiliyyəti və milli təhlükəsizlik üzrə xərcləri 4,6% artıracaq. Bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov deyib.

“2019-cu ildə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 mlrd. manatın ayrılması nəzərdə tutulub ki (cari məzənnə ilə təxminən 2 milyard dollar), bu da 2018-ci illə müqayisədə 4,6% çoxdur”, - N.Sadıkov “Milli Məclis” jurnalı müsahibəsində bildirib.

O əlavə edib ki, hərbi büdcənin artımı Azərbaycan Ordusunun yeni sulah və texnika ilə təchiz olunmasına imkan yaradıb. “Bu istiqamətdə artım cari ildə də gözlənilir”, - N.Sadıkov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

O vurğulayıb ki, ölkə rəhbərliyi tərəfindən son illər 1,4 hərbi qulluqçu Bakı, Gəncə və Naxçıvan şəhərlərində daimi mənzillə təmin edilib. Azərbaycanın digər bölgələrində isə daha 2 min hərbi qulluqçuya xidməti mənzillər verilib.

“Yaxın vaxtlarda daha 500 hərbi qulluqçunun daimi mənzillə təmin edilməsi nəzərdə tutulub”, - N.Sadıkov əlavə edib.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et