2018-ci ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2018-ci ilin yanvar-avqust ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilinyanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517mln. manat məbləğində sığorta haqları toplanıb, 169mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar374.7mln. manat, ödənişlər isə124.6 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142.3mln. manat, ödənişlər isə 43.9mln. manat olub.

2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isəicbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-iisə icbari sığorta növləri hesabına formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et