2017-ci ilin ən güclü 5 bankı | Banco.az

2017-ci ilin ən güclü 5 bankı

Artıq 2017-ci ili geridə qoyduq. Banklarımız sözügedən dövr üçün maliyyə hesabatlarını açıqlayıb. Ənənəvi olaraq, hər maliyyə dövrünün sonuna etdiyimiz kimi, yenə 4 maliyyə göstəricisi üzrə banklar arasında ən güclü beşliyi təyin etməyə çalışdıq. Bunun üçün 2017-ci ilin yekun maliyyə nəticələrinə müraciət etdik. 

2017-ci ildə aktivlərinin həcminə görə ən güclü 5 Bank

 

Aktivlərinin ümumi həcminə görə birinci yerdə 8.695 mlrd. manatlıq aktivlə "Beynəlxalq Bank" yer alıb. Belə ki, "Beynəlxalq Bank" restrukturizasiya tədbirlərindən sonra maliyyə durumunu yaxşılaşdırmağa başlayıb. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka "Paşa Bank" (3.55 mlrd. manat), "Kapital Bank" (3.19 mlrd. manat), "Xalq Bank" (1.81 mlrd. manat) və "ASB Bank " (945 mln. manat) daxildir. 

Həmçinin bax: Aktivlərinin həcminə görə bankların ümumi reytinqi 

 

2017-ci ildə kredit portfelinin həcminə görə ən güclü 5 Bank

2017-ci ilin son göstəricilərinə əsasən "Beynəlxalq Bank" tərəfindən müştərilərə 1.78 mlrd. manat , "Xalq Bank" tərəfindən 1.31 mlrd. manat. , "Kapital Bank" tərəfindən 1.24 mlrd. manat , "Paşa Bank" tərəfindən 943 mln. manat, "AccessBank" tərəfindən isə 503 mln. manat kredit vermişdir.

Həmçinin bax: Kredit portfelinin həcminə görə bankların ümumi reytinqi 

Ən sərfəli kredit üçün müraciət et

 

2017-ci ildə depozitlərinin həcminə görə ən güclü 5 Bank

 

Öhdəliklərin mühüm hissəsi olan depozitlər üzrə ilk beşliyə liderliyi yenə də "Beynəlxalq Bank"dır.  Bankın depozit portfeli 2.64 mlrd. manat təşkil edir.

Beşliyə daxil olan digər 4 bank -  "Paşa Bank" 2,82 mlrd. manat, "Kapital Bank" 2,36 mlrd. manat, "Xalq Bank" 1.17 mln. manat, "ASB Bank" isə 628 mln. manat depozit cəlb edə bilmişdir. 

Həmçinin bax: Depozit portfelinin həcminə görə bankların ümumi reytinqi 

 

2017-ci ildə kapitalının həcminə görə ən güclü 5 Bank

2017-ci ilin sonunda "Beynəlxalq Bank" 948 mln. manat , "Paşa Bank" 403 mln. manat, "Kapital Bank" 326 mln. manat, "Xalq Bank" 260 mln. manat, "Ata Bank" isə 147 mln. manat cəmi kapitala malik olmuşdur.

Həmçinin bax: Cəmi kapitalının həcminə görə bankların ümumi reytinqi

Ən sərfəli krediti almaq üçün müraciət et