2017-ci ildə ən çox oğurlanan 10 AVTOMOBİL | Banco.az

2017-ci ildə ən çox oğurlanan 10 AVTOMOBİL

Forbes jurnalı – sığortaçıların məlumatları əsasında ən çox qaçırılan  - oğurlanan avtomobillərin adını açıqlayıb. Söhbət Rusiya ərazisində 2016-ci il 1 Oktyabr və 2017-ci il 1 Oktyabr tarixləri arasında qaçırılan avtomobillərdən gedir və məlumatlar “Alfa Sığorta” şirkəti tərəfindən təqdim olunub. Müştərilər oğurlanan avtomobilləri ilə bağlı zərərin ödənməsi üçün Kasko sığortasına müraciət ediblər. Qaçırılan maşınların reytinqi - ən çox qaçırılan avtomobillərin sayının ümumilikdə qaçırılan maşınların sayına nisbəti ilə müəyyən olunub.

Ötən il birincilik Porsche Panamera avtomobilinə məxsus idi, bu il isə həmin avtomobil heç ilk 10-luğa düşməyib.

Ötən il ərzində ən çox qaçırılan avtomobil modeli premium – krossover Range Rover Evoque olub, qaçırılma tezliyi 1,35%.

 

İkinci yerdə Yaponiya istehsallı  Lexus LX olub – bu avtomobilin qaçırılma aralığı Rusiyada 1,14% olub. 

Üçüncü pozisiyada Lexus GX gəlir, oğurlanma cəhdlərinin sayı 0,98% olub.

Dördüncü yerdə isə klasssik Range Rover gəlir, onun oğurlanma tezliyi 0,86% olub. 

Ən sərfəli kredit üçün müraciət et

5-ci yer Toyota Camry  - 0,84%, ötən il reytinqdə ikinci idi. 

6-cı yer - Land Rover Discovery, 0,82%. 

7-ci yer  - Land Rover Freelander, 0,61%. 

8-ci yer  - Jeep Grand Cherokee, 0,59%.

9-cu yer - BMW 7 seriyası, 0,51%.

10-cu yer - Hyundai Tucson, 0,5%

Ən sərfəli krediti almaq üçün müraciət et