2017-ci ildə dünyanın ən böyük 10 iqtisadiyyatı | Banco.az

2017-ci ildə dünyanın ən böyük 10 iqtisadiyyatı

Bir çoxumuzu təəccübləndirəcək bir siyahı olmasa da, gələcəyə istiqamətli mütləq nəzərə almalı olduğumuz "2017-ci ildə Dünyanın Ən Böyük 10 İqtisadiyyatı" siyahısını sizlərə Dünya İqtisadiyyat Forumunun məqaləsindən yığdıq.

Birinci sırada hər birimizin gözlədiyi kimi ABŞ yer alıb.

Dünya Bankının açıqladığı ən son məlumatlara görə, ABŞ iqtisadiyyatı 18 trilyon dollarlıq bir həcmə sahibdir və bu, bütün planetin az qala dörddə birinə təşkil edir (24.3%).

Çin iqtisadiyyatı 11 trilyon dollarlıq həcmiylə ikinci sıradadır.

 

Çinin qlobal iqtisadiyyatdakı payı 14.8%-dir.

Yaponiya, 4.4 trilyon dollarıq iqtisadiyyatı və 6%-lik bir nisbətlə Çindən sonra üçüncü sıradadır.

İlk üçü təqib edən 3 ölkə isə Avropadandır.

Dördüncü sırada 3.3 trilyon dollar ilə Almaniya, beşinci sırada 2.9 trilyon dollar ilə İngiltərə və altıncı sırada 2.4 trilyon dollar ilə Fransa iştirak edir.

Bir neçə ildir iqtisadiyyatı sürətlə böyüyən Hindistan isə yeddinci sıraya qədər yüksəlib.

İlk onluqda Cənubi Amerikadan bir ölkə yer alıb, o da Braziliyadır.

Ən sərfəli kredit üçün müraciət et

Braziliya 1.8 trilyon dollar ilə 2017-ci ilin ən böyük iqtisadiyyatları siyahısında doqquzcu yerdədir.

Onuncu sıra isə, 1.5 trilyon dolları keçən iqtisadiyyatı ilə Kanadaya aiddir.

 

Yalnız ABŞ-ın iqtisadiyyatı, ilk 10 sıradakı 7 ölkənin ümumi iqtisadiyyatlarının həcmindən daha böyükdür.

Cədvələ baxdıqda isə aradakı fərqi daha dəqiq şəkildə görə bilirik.

 

Bəs iqtisadiyyatı ən sürətli böyüyən ölkələr hansılardır?

Bu ölkə ABŞ deyil, onu söyləyək. Qeyd edək ki, Çin ABŞ ilə arasındakı fərqi çox sürətli bağlayır. Çinin 2016-ci ildə iqtisadiyyatı 6,7% böyüdüyü halda ABŞ-ın iqtisadiyyatı 1,6% böyüyüb. Çinin 2017-ci ildə Hindistandan da sürətlə böyüyəcəyi təxmin edilir. Braziliya iqtisadiyyatı da 3,5% böyümə ilə olduqca yaxşı qəbul edilir.

Son olaraq, Dünya İqtisadiyyat Forumunun 2050-ci ildəki ən böyük iqtisadi proqnozlar belədir:

Əvvəlcə ilk sıranı Çinin alacağına az qala əmindirlər. İkinci və üçüncü sırada isə Hindistan və ABŞ-ın olması gözlənilir. Dördüncü sıra sizi təəccübləndirə bilər, çünki bu ölkə İndoneziyadır.

Təəccübləndirici məlumatlar isə bunlarla məhdudlaşmır:

2050-ci ildə İngiltərə onuncu yerə qədər düşə bilər, Fransa ilk 10-dan, İtaliya isə ilk 20 dən çıxa bilər. Bu ölkələrin yerini alması gözlənilən ölkələr arasında isə Meksika, Vietnam və Türkiyə göstərilir.

Ən sərfəli krediti almaq üçün müraciət et