20 bankın öhdəlikləri artıb - 4 BANKDA 1 MİLYARDDAN ÇOXDUR | Banco.az

20 bankın öhdəlikləri artıb - 4 BANKDA 1 MİLYARDDAN ÇOXDUR

Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.

Bunlar "AGBank", "Access Bank", "Unibank", "Turan Bank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", Pakistan Milli Bankının Bakı filialı və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (80,9%), ən az azalma isə "AGBank"da (1,3%) qeydə alınıb.

20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Express Bank"da (2,2 dəfə), ən az artım isə "Atabank"da (0,1%) baş verib. 

ABB öhdəliklərinin dinamikasını açıqlamayıb.

4 BANKIN HƏR BİRİNİN ÖHDƏLİKLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR

Ən sərfəli kredit üçün müraciət et

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün öhdəlikləri 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (6 427,014 milyon manat), "PAŞA Bank" (3 538,403 milyon manat), "Kapital Bank" (3 301,132 milyon manat) və "Xalq Bank"dır (1 703,828 milyon manat).

Qalan 26 bankdan 5-nin öhdəlikləri 0,5 - 1 milyard manat arasında, 18 bankın öhdəlikləri 100 - 500 milyon manat arasında, 2 bankın öhdəlikləri 10 - 100 milyon manat arasında, 1 bankın - Pakistan Milli Bankının Bakı filialının öhdəlikləri isə cəmi 475 min manatdır.

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et