13 yaşında milyon dollarlıq şirkət quran qızın uğur hekayəsi | Banco.az

13 yaşında milyon dollarlıq şirkət quran qızın uğur hekayəsi

Alına Morse, məktəbə və rəqs kursuna getmək və dostları ilə görüşməkdən geri qalan vaxtını məşhur şirniyyat markasına sərf edir.

Milyon dollarlıq şirniyyat şirkəti “Zollipops” – un mərkəzi Amerikanın Detroyt şəhərindən təqribən 50 km şimal-qərbdə yerləşir. Bu mərkəzdə 6 tam ştatlı və bir neçə ştatdankənar podratçının nəzarətində olan şəkərsiz lolipopbonibon qutuları mövcuddur. Bu məhsullar 7500 – dən çox mağaza və internet saytında satılır. Dəbdəbədən son dərəcə uzaq bir anbarda yerləşən şirkətdə uzun dəhlizi keçdiyiniz zaman yanan lampalar məkanın əsl sehrini ortaya çıxarır. Rəqs müsabiqələrindən qazanılan çəhrayı kuboklarla, gülümləyən günəş təsvirləri ilə və əl işi kağızından hazırlanmış ailə ağacları ilə dekorasiya edilmiş ofisdə şirkətin qurucusu və CEO – su 13 yaşındakı Alina Morse – nin əl işləri nəzərə çarpır.

Məktəb, rəqs kursu, tapşırıqlar və “Zollipops” şirkəti arasında vaxtını bölməyə çalışan Alina yay tətili zamanı şirkətinə daha çox vaxt sərf edə bilir.

Şirkətin ilk məhsulu olan lolipop fikri Alinanın ağlına 2012 – ci ildə, yəni onun cəmi 7 yaşı olarkən gəlmişdi. Deyilənə görə, bankda işləri yekunlaşdırdıqdan sonra Alinaya lolipop verən atası onun dişlərini çürüdəcəyini söyləyir və bundan sonra Alina dişlərə zərər verməyən şirniyyatın necə istehsal edilə biləcəyi haqqında düşünməyə başlayır. İki il internetdə axtarış apardıqdan və evlərindəki sobada yüz dəfələrlə cəhd etdikdən sonra nəhayət, Alina və atası sərmayə əldə etmək üçün ilk yatırım iclasına qatılır və iclasdan sonra Amerikanın sağlam qidalanma üzrə supermarketlər şəbəkəsi olan “Whole Foods Market”– dan ilk təklifi alırlar. “Məhsullarımızı çox bəyəndilər. Ümumi ideyanı və çatdırmaq istədiyimiz mesajı sevdilər” deyə Alina bildirir.

Həmçinin oxu: Uğurlu olana qədər neçə dəfə cəhd etməlisiniz?

Qeyd edək ki, içində şəkər olmayan məhsulların hazırlanması zamanı xylitol və erythritol kimi təbii dadlandırıcılardan istifadə edilir. Beynəlxalq Diş Həkimliyi Jurnalında yayımlanan araşdırmalara görə, bu dadlandırıcıların diş ərpini və ağızdakı bakteriyaları azaltdığı aşkar edilmişdir.

“Whole Foods” şirkəti ilə razılaşmadan qısa müddət sonra Zollipops məhsulları “Amazon” – da satılmağa başladı. Bu gün şirkətin illik gəlirinin dörddə bir hissəsi Amazon – dan əldə edilir. Bu yay Zollipops Amazon da ən çox satılan şəkərsiz məhsul oldu və Dum- DumsBlow pops kimi markaları geridə qoyaraq ən çox satılan ikinci lolipop markası idi.

Ən sərfəli kredit üçün müraciət et

Satışlar 5-6 milyon dollara çatdığı və şirkət böyüdüyü üçün Alinanın valideynləri də şirkətə daxil olaraq bir növ onun işçisi oldular. Anası Sue, əvvəllər satış departamentində işləyirdi, indi isə şirkətin rəsmi dizayneri vəzifəsini icra edir. Bir neçə ildir “Deloitte” şirkətində müşavir işləyən atası Tom isə hələ də bu vəzifədə çalışır və eyni zamanda Alinanın meneceri kimi də fəaliyyət göstərir. Qızlarının bir sahibkara çevrilməsini izləyən ana-atası Alinanın gənc olmasını onun üçün bir üntünlük kimi dəyərləndirirlər.

Həmçinin oxu: Sahibkarlar üçün ideal ölkələr

Alina hər şeyin öz-özünə formalaşmadığını qəbul edir. “Televiziya kanallarına çıxmağa başladığım zaman cavablarımın çoxu əvvəlcədən müəyyən olunurdu, çünki çox balaca idim, ancaq böyüdükcə və təcrübə qazandıqca daha təbii davranmağa başladım.” (Televiziya kanallarına çıxmağın nə dərəcədə güclü marketinq vasitəsi olduğunu başa düşməsi üçün bir neçə ilə ehtiyacı olub.) Ancaq iş qurmaqla bağlı özünü həmişə sərbəst hiss etdiyini söyləyir, “Riskləri heç düşünmədim, çünki itirəcək heç nəyim olmadığına inanırdım.”

Bu günlərdə Alina və Tom markalarını tanıtmaq üçün satış konfranslarına və sərgilərə qatılırlar. Bu tədbirlərdə proqramlarına müvafiq olaraq məhsulları məhz Alina özü ya da onun adından başqa biri tanıdır.

Bu sərgilərdən sonra Alinanın iştirak etməli olduğu ad günü şənlikləri və getməli olduğu rəqs kursu var. Çünki onun hələ 13 yaşı var və o, həyat-iş arasında balansı qorumalıdır.

Həmçinin oxu: Uğurlu sahibkarlığın sirrləri

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et